Yəməndə husilərlə hökumət qüvvələri arasında döyüşlər yenidən şiddətlənib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, husilər strateji Əl-Müxa liman şəhərinə nəzarəti ələ keçirib.
Şəhərin tutulması husilərin Qırmızı dəniz sahilində mövqelərini gücləndirib. Döyüşlərin Bab əl-Məndəb boğazına yaxın ərazilərə də yayıldığı bildirilir. Gərginliyin bölgədə dəniz nəqliyyatına ciddi təsir göstərə biləcəyi vurğulanır.
//Nəzər.Media
