Almaniyada əhalinin xəbərdar edilməsi sistemi üzrə genişmiqyaslı sınaq keçiriləcək. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, sınaq zamanı ölkə üzrə müxtəlif xəbərdarlıq sistemləri işə salınacaq.
Sirenlərlə yanaşı, mobil telefonlara da xəbərdarlıq göndəriləcək. Sınağın məqsədi fövqəladə hallarda sistemlərin işləkliyini yoxlamaqdır. Rəsmilər bildiriblər ki, əhali bunun yalnız sınaq olduğunu nəzərə almalıdır.
//Nəzər.Media
