Almaniya kansleri Fridrix Merz Avropanın NATO daxilində daha güclü olmasını istəyir. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Merz NATO-nun daha güclü və birlikdə fəaliyyət göstərən quruma çevriləcəyini bildirib.
Merz Avropa ölkələrinin müdafiə sahəsində daha çox məsuliyyət daşımalı olduğunu vurğulayıb. Almaniya kansleri Ukraynaya dəstəyin də davam etdiriləcəyini deyib. Merz Rusiyanın müharibədə qalib gəlməsinə imkan verilməməli olduğunu bildirib.
//Nəzər.Media
