Nigeriyanın Ondo əyalətində bitki tərkibli içki içən 24 nəfər ölüb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, çox sayda insan da xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra içkinin satışı bəzi bölgələrdə dayandırılıb. Ölüm səbəbi ilə bağlı araşdırma aparılır. Mütəxəssislər içkinin tərkibinin də yoxlanıldığını bildiriblər.
//Nəzər.Media
