Norveç Fransanın nüvə çəkindirmə imkanlarından yararlanmağa razılaşıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu qərar ilə Norveç Fransa ilə strateji nüvə əməkdaşlığını inkişaf etdirir.
Fransa Prezidenti Emmanuel Makron bu əməkdaşlığın Avropanın təhlükəsizliyini gücləndirəcəyini bildirib. Norveç bununla yanaşı, NATO çərçivəsində öhdəliklərini də qoruyacaq. Yeni addım Avropada müdafiə sahəsində əməkdaşlığın güclənməsi kimi qiymətləndirilir.
//Nəzər.Media
