Liviyanın Misrata hava limanında özəl təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisədən sonra təyyarədə yanğın baş verib.
Təyyarədə iki pilot və bir kabin əməkdaşı olub. Onlar təhlükəsiz şəkildə təxliyə edilərək xəstəxanaya aparılıb. Hadisə səbəbindən Misrata hava limanında uçuşlar müvəqqəti dayandırılıb.
//Nəzər.Media
