Rusiya Ukraynanın qərbində dəmir yolu xəttinə hücum edib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Rusiya bu xəttin Avropadan hərbi yardım daşınması üçün istifadə edildiyini bildirib.
Hücum Avropalı diplomatların bölgədən keçməsindən qısa müddət sonra baş verib. Hadisə Avropada Rusiyaya qarşı yeni narahatlıq yaradıb.
//Nəzər.Media
