İsrail Baş naziri Benyamin Netanyahu müdafiə xərclərinin artırılmasını istəyir. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Netanyahu bu məsələ ilə bağlı müxalifət lideri Yair Lapidlə görüşüb.
Netanyahu ordunun əlavə vəsaitə ehtiyacı olduğunu bildirib. Lapid artımı dəstəkləyə biləcəyini, lakin yeni vergi qoyulmasına qarşı olduğunu deyib.
//Nəzər.Media
