Səudiyyə Ərəbistanında bir neçə bölgə üçün hücum xəbərdarlığı elan edilib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Məkkə, Ciddə və Taifdə əhaliyə təhlükəsiz yerlərə keçmək çağırışı edilib.
Xəbərdarlıq zamanı sakinlərdən evlərdə qalmaq istənilib. Bundan əvvəl ölkənin bəzi bölgələrinə raket və PUA hücumları olmuşdu. Həmin hücumlarda 13 mülki şəxsin yaralandığı bildirilib.
//Nəzər.Media
