Litvanın Kaunas şəhərində müsəlmanlara qarşı təxribat törədilib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, cümə namazı zamanı məscidin qarşısına motosikletçilər gəlib.
Onlar yüksək səslə motosiklet sürüb və musiqi səsləndiriblər. Hadisə məsciddə ibadət edənlərin narazılığına səbəb olub. Təxminən 100 nəfərin iştirak etdiyi aksiyaya etirazlar səsləndirilib.
//Nəzər.Media
