Suriya Prezidenti Əhməd Şara ölkəsinə qarşı sanksiyaların ləğvini tarixi dönüş adlandırıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Şara bu addımın Suriya üçün yeni mərhələ açdığını bildirib.
Şara ölkənin yenidən qurulması üçün yeni imkanların yarandığını deyib. Sanksiyaların ləğvinin iqtisadi vəziyyətə də təsir edəcəyi gözlənilir. Şara Suriyanın qarşıdakı dövrdə daha sabit mərhələyə keçəcəyini vurğulayıb.
//Nəzər.Media
