Belçika gələn il Avroviziyada iştirak edib-etməyəcəyinə hələ qərar verməyib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, ölkənin VRT yayımçısı qərarı təxirə salıb.
VRT Avropa Yayım Birliyi ilə məsələni müzakirə edir. Müzakirələrin əsas səbəblərindən biri İsrailin yarışmada iştirakı ilə bağlı narahatlıqdır. Belçikanın yekun qərarını daha sonra açıqlayacağı bildirilib.
//Nəzər.Media
