Avropa İttifaqı Kanadanın ilk “ortaq üzv” olması ilə bağlı təklif irəli sürüb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Von der Leyen Kanadanın Aİ ilə əlaqələrinin ən yüksək səviyyəyə çatdırılmasını istəyib.
Von der Leyen təklifin iqtisadiyyatla yanaşı, təhlükəsizlik və texnologiyanı da əhatə edəcəyini bildirib. Kanada Baş naziri Mark Karney təklifi müsbət qarşıladıqlarını deyib. “Ortaq üzvlük” statusunun Aİ qanunlarında hələ müəyyən edilmədiyi bildirilib.
//Nəzər.Media
