Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Əfqanıstana səfər edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Kalın Əfqanıstanın paytaxtı Kabildə yüksək vəzifəli şəxslərlə görüşüb.
Kalın həmçinin Qəndəhar şəhərinə səfər edib. Görüşlərdə Türkiyə-Əfqanıstan münasibətləri və təhlükəsizlik məsələləri müzakirə olunub. Tərəflər terrorla mübarizə və regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.
//Nəzər.Media
