İranda silahlı qrupla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki Zahidan şəhərində baş verib.
Toqquşmada silahlı qrupun iki üzvü öldürülüb. Daha bir nəfərin sağ ələ keçirildiyi bildirilib. Hadisənin səhər saatlarında patrul zamanı baş verdiyi açıqlanıb.
//Nəzər.Media
