ABŞ Avropadakı hərbi qüvvələrinin bir hissəsini geri çəkməyi nəzərdən keçirir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ilk mərhələdə 25 min hərbçinin bölgədən çıxarılması müzakirə olunur.
Bu sayın 40 minə çata biləcəyi də bildirilir. Planın Almaniya, İtaliya və İspaniyadakı ABŞ qüvvələrinə təsir edəcəyi gözlənilir. Avropa ölkələri bu addımın təhlükəsizlik vəziyyətinə təsirindən narahatdır.
//Nəzər.Media
