Yunanıstan Baş naziri Kiriakos Miçotakis Türkiyə ilə münasibətlər barədə açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Miçotakis Yunanıstanın heç kimi təhdid etmədiyini, lakin təhdid olunmağı da qəbul etmədiyini bildirib.
Miçotakis Türkiyədən gələn açıqlamalarda gərginliyin artdığını deyib. O, Yunanıstanın bu açıqlamalara beynəlxalq hüquqa əsaslanaraq cavab verdiyini vurğulayıb. Miçotakis iki ölkə arasında gərginliyin artmaması üçün vəziyyətin diqqətlə izlənildiyini bildirib.
//Nəzər.Media
