Danimarka ABŞ-la Qrenlandiyanın təhlükəsizliyi barədə razılaşmanın detallarını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, xarici işlər naziri Lars Lökke Rasmussen Arktikanın təhlükəsizliyində NATO-nun əsas rol oynayacağını bildirib.
Razılaşmaya əsasən, təhlükəsizlik məsuliyyəti yalnız Danimarka və ABŞ-ın üzərində olmayacaq. Rasmussen sənədin Qrenlandiyanın suverenliyinə hörmət edəcəyini vurğulayıb. Razılaşmanın ABŞ-ın adadakı hərbi mövcudluğunu genişləndirməsinə imkan verəcəyi bildirilir.
//Nəzər.Media
