Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları artıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bir həftədə 46 yeni yoluxma qeydə alınıb.
Həmin müddətdə virusdan 3 nəfər həyatını itirib. Bununla ölkədə il ərzində yoluxanların sayı 370-ə çatıb. Virusdan ölənlərin ümumi sayı isə 33 nəfərə yüksəlib.
//Nəzər.Media
