Qəzzanın yenidən qurulması üçün 2,45 milyard dollarlıq plan hazırlanıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, plan altı aylıq müddəti əhatə edir.
İlk mərhələdə 66 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Layihələrə infrastruktur, təhsil və səhiyyə sahələri daxildir. Qəzzanın tam bərpasının 10 il ərzində 71,4 milyard dollara başa gələcəyi bildirilir.
//Nəzər.Media
