Dünya liderləri BMT-nin fəaliyyətində dəyişiklik edilməsini tələb ediblər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, liderlər qurumun hazırkı sisteminin yetərli olmadığını bildiriblər.
Onlar BMT Təhlükəsizlik Şurasında islahat aparılmasını istəyiblər. Çıxışlarda daha ədalətli beynəlxalq sistemə ehtiyac olduğu vurğulanıb. Liderlər BMT-nin dünyadakı yeni problemlərə uyğunlaşdırılmasının vacibliyini qeyd ediblər.
//Nəzər.Media
