Səudiyyə Ərəbistanında Məkkə daxil olmaqla 5 bölgədə təhlükə xəbərdarlığı verilib. Nəzər.Media Türkiyənin “CNN Türk”ə istinadən xəbər verir ki, Məkkə, Ciddə, Taif, Yenbu və Təhlük bölgələri üçün təcili xəbərdarlıq yayımlanıb.
Sakinlərdən təhlükəsizlik qüvvələrinin göstərişlərinə əməl etmələri istənilib. Həmçinin insanların toplanma yerlərindən uzaq durmaları və görüntü çəkməmələri bildirilib. Bir müddət sonra təhlükənin başa çatdığı açıqlanıb.
//Nəzər.Media
