ABŞ-ın Avropadakı hərbi qüvvələrini azaltmağa hazırlaşdığı bildirilir. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Vaşinqton Avropadan əlavə 25 min əsgərini geri çəkməyi planlaşdırır.
Bu sayın 40 minə çata biləcəyi də irəli sürülür. Qərar Ukraynada müharibənin davam etdiyi bir vaxtda Qərb ölkələrində təhlükəsizlik narahatlığını artırıb. ABŞ-ın diqqətini daha çox Çin və Sakit okean bölgəsinə yönəltməsi ehtimalı da müzakirə olunur.
//Nəzər.Media
