Süni zəkanın yaratdığı təhlükələr BMT Təhlükəsizlik Şurasında müzakirə olunub. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, toplantıda texnologiyanın nəzarətdən çıxması və pis məqsədlərlə istifadəsi ilə bağlı xəbərdarlıq edilib.
“OpenAI” rəhbəri Sem Altman süni zəkanın insanlardan daha güclü qərarlar verə biləcəyi riskinə diqqət çəkib. “Anthropic” rəhbəri Dario Amodei də bu texnologiyanın insanlıq üçün ciddi təhlükə yarada biləcəyini bildirib. Şirkət rəhbərləri risklərin qarşısını almaq üçün beynəlxalq təhlükəsizlik qaydalarının hazırlanmasına çağırış ediblər.
//Nəzər.Media
