ABŞ, Danimarka və Qrenlandiya arasında yeni təhlükəsizlik razılaşması imzalanıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, razılaşma ABŞ-ın Qrenlandiyada hərbi imkanlarını genişləndirməsinə şərait yaradır.
Sazişlə ABŞ-ın iki yeni hərbi məntəqə yaratmasının yolu açılır. Qrenlandiyanın Arktikadakı mövqeyi və təbii sərvətləri də razılaşmanın əhəmiyyətini artırır. Razılaşma Rusiyanın və Çinin bölgədəki fəaliyyəti fonunda Arktikada təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
//Nəzər.Media
