İran ABŞ ilə atəşkəs imkanını gündəmə gətirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Tehran bu addımla diplomatik danışıqlara yol açmağa çalışır.
İranın əsas tələbləri arasında Hörmüz boğazının açılması və təhlükəsizlik məsələləri önə çıxır. Donald Tramp isə əvvəlki təkliflərə ehtiyatla yanaşıb. Tehran bununla həm hərbi təzyiqi azaltmaq, həm də danışıqlarda mövqeyini qorumaq istəyir.
//Nəzər.Media
