Ukrayna ordusu Donetskdə “Vivaldi” əməliyyatının detallarını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, əməliyyat zamanı 125 kvadratkilometr əraziyə nəzarət təmin edilib.
Ukrayna tərəfi 3 mindən çox Rusiya hərbçisinin zərərsizləşdirildiyini bildirib. Əməliyyatda pilotsuz uçuş aparatları və pilotsuz yerüstü sistemlərdən geniş istifadə olunub. Həmçinin Rusiya ordusunun təchizat yollarına zərbələr endirilib.
