Girnə yaxınlığında batan gəmi ilə bağlı axtarışlarda daha iki nəfərin meyiti tapılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, meyitlər batmış gəmidən təxminən 1 kilometr aralıda, 570 metr dərinlikdə aşkarlanıb.
Onların kimliyinin müəyyənləşdirilməsi üçün DNT araşdırmasına başlanılıb. Hadisədə itkin düşən 11 nəfərin axtarışı davam edir. Axtarış işlərinin itkinlərin hamısı tapılanadək davam etdiriləcəyi bildirilib.
//Nəzər.Media
