Alman siyasətçi Hendrik Vüst Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Vüst 60 nəfərlik heyətlə Türkiyəyə səfər etməyə hazırlaşır.
O, səfərin iqtisadi və siyasi əlaqələr üçün əhəmiyyətli olduğunu deyib. Vüst Şimali Reyn-Vestfaliya ilə Türkiyə arasında sıx əlaqələrin olduğunu vurğulayıb. O, bu əlaqələr əsasında yeni birgə iqtisadi inkişaf dövrünün yaradılmasını təklif edib.
//Nəzər.Media
