İranın xarici işlər naziri Abbas Araqçı ABŞ-da vasitəçilərlə görüşəcək. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Araqçı İran və ABŞ arasında vasitəçilik edən Qətər nümayəndələri ilə danışacaq.
Görüşdə İranın irəli sürdüyü şərtlər müzakirə olunacaq. Araqçı daha əvvəl bu şərtlərə cavab almadıqlarını bildirib. Vasitəçilərin ABŞ-ın cavabını İran nümayəndə heyətinə çatdırması gözlənilir.
//Nəzər.Media
