İsrail Livanın hava məkanını 143 dəfə pozub. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, BMT İsrailə məxsus PUA, təyyarə və helikopterlərin 143 pozuntu törətdiyini bildirib.
BMT-nin Livandakı müvəqqəti sülh qüvvələri bu pozuntuları qeydə alıb. Həmin müddətdə İsrail ordusuna məxsus 12 gəminin də Livanın ərazi sularına daxil olduğu bildirilib. Sülh qüvvələri İsrail ordusunun 166 mərmi və raket atışını da qeydə alıb. Bu müddətdə Hizbullah tərəfindən raket və ya top mərmisi atıldığı müəyyən edilməyib.
//Nəzər.Media
