ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Tramp müharibəni qazanacaqlarını və hər şeyin sona çatacağını deyib.
Tramp İranın nüvə silahına sahib olmayacağını bildirib. O, müharibədən sonra yanacaq qiymətlərinin də ciddi şəkildə azalacağını söyləyib. Tramp İranın nüvə silahına sahib olmasının Yaxın Şərq və Avropa üçün təhlükə yaradacağını iddia edib.
//Nəzər.Media
