Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Fidan Əbu-Dabidə ölkə Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən qəbul edilib.
Fidan səfər çərçivəsində digər yüksək vəzifəli şəxslərlə də görüşüb. Görüşlərdə iki ölkə arasındakı əlaqələr müzakirə olunub. Tərəflər bölgədəki vəziyyəti də qiymətləndiriblər. Fidan səfəri səmərəli adlandırıb.
//Nəzər.Media
