İki panda təxminən 13 min kilometrlik yol qət edərək ABŞ-a aparılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Ping Ping və Fu Shuang adlı pandalar 10 il ABŞ-da qalacaq.
Pandalar əvvəlcə bir ay karantində saxlanılacaq. Çinli baytarlar onların sağlamlığını yoxlayacaq. Pandaların yeni mühitə uyğunlaşmasına da kömək ediləcək. Bu səfər Çinlə ABŞ arasında “panda diplomatiyası” çərçivəsində həyata keçirilib.
//Nəzər.Media
