Nepalın Himlunq dağında qar uçqunu baş verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər itkin düşüb.
Axtarış zamanı dörd nəfərin meyiti tapılıb. Daha 10 nəfər xilas edilib. Hadisə güclü yağış və əlverişsiz hava şəraitindən sonra baş verib. Xilasedicilər itkin düşənləri tapmaq üçün axtarışları davam etdirir.
//Nəzər.Media
