Almaniya, Hollandiya, İsveç, Danimarka, Avstriya və Finlandiya Avropa İttifaqının yeni büdcəsinə etiraz edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, altı ölkə xərclərdə yüz milyardlarla avro azalma tələb edib.
Ölkələr 2028-2034-cü illər üçün büdcənin yenidən hazırlanmasını istəyir. Onlar vəsaitin müdafiə və iqtisadi rəqabət sahələrinə yönəldilməsini tələb edir. Təklif olunan büdcənin təxminən 2 trilyon avroya çatacağı gözlənilir. Altı ölkə tələbləri yerinə yetirilməsə, büdcə üzrə razılaşmanı dəstəkləməyəcəyini bildirib.
//Nəzər.Media
