Suriya 2012-ci ildə bağlanan Kamışlı-Nusaybin sərhəd keçid məntəqəsini yenidən açmağa hazırlaşır. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, keçidin tikintisi üçün qazıntı və hazırlıq işlərinə başlanılıb.
İşlərin ilk mərhələsi Kamışlı tərəfdə aparılır. Keçid iki ölkə arasındakı yeddinci sərhəd məntəqəsi olacaq. Layihənin mərhələli şəkildə həyata keçiriləcəyi bildirilib. Keçidin yenidən açılması üçün texniki hazırlıqlar davam edir.
//Nəzər.Media
