Hürmüz Boğazından keçən neft tankerinə naməlum mənbədən atılan sursat dəyib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki ekipaj üzvü yüngül yaralanıb.
Tanker öz mühərriki ilə hərəkətini davam etdirib. Hadisə zamanı ətraf mühitə zərər dəymədiyi bildirilib. Hücumun mənbəyi hələ müəyyən edilməyib. Bölgədəki gəmilərə ehtiyatlı hərəkət etmək tövsiyə olunub.
//Nəzər.Media
