Göbək dəliyindəki qoxunun bəzi xəstəliklərlə əlaqəsi ola bilər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, araşdırmada Parkinson xəstəliyi olan insanlarda fərqli kimyəvi izlər aşkarlanıb.
Tədqiqat Almaniyada 24 nəfərin iştirakı ilə aparılıb. İştirakçılar dörd qrupa bölünüb. Parkinson və digər xəstəlikləri olan şəxslərlə sağlam insanlar müqayisə edilib. Alimlər nəticələrin daha geniş araşdırılmasına ehtiyac olduğunu bildiriblər.
//Nəzər.Media
