Fransada dövlət işçiləri maaş artımı tələbi ilə tətilə başlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ölkə üzrə 170-dən çox ərazidə etiraz aksiyaları keçirilir.
Tətilə təhsil, səhiyyə və nəqliyyat işçiləri də qoşulub. Etirazçılar iş şəraitinin yaxşılaşdırılmasını da tələb edirlər. Parisdə əsas yürüş Respublika meydanında keçirilib. Həmkarlar ittifaqları tələbləri nəzərə alınmasa, aksiyaların davam edəcəyini bildiriblər.
//Nəzər.Media
