Rusiya Kalininqrad bölgəsinə mümkün hücuma sərt cavab veriləcəyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Moskva bölgəyə hücum və ya mühasirə olacağı halda nüvə silahından istifadə edə biləcəyini bildirib.
Rusiya bu xəbərdarlığı Böyük Britaniya mətbuatındakı yazılardan sonra edib. Moskva Kalininqradla bağlı belə planların ciddi nəticələri olacağını bildirib. Bölgənin NATO ilə mümkün qarşıdurmada mühüm strateji ərazi olduğu qeyd edilir. Rusiya tərəfi mümkün hücumun nəticələrinə hazır olunmasını tələb edib.
//Nəzər.Media
