Kifayət qədər yuxu bəzi xəstəliklərin riskini azalda bilər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, keyfiyyətli yuxu orqanizmin müdafiə sisteminə müsbət təsir göstərir.
Yuxu zamanı bədən özünü bərpa edir. Bu proses immun sisteminin fəaliyyətinə də kömək edir. Yuxusuzluq isə orqanizmin müqavimətini zəiflədə bilər. Mütəxəssislər sağlamlıq üçün nizamlı yuxunun vacib olduğunu bildirirlər.
//Nəzər.Media
