ABŞ Prezidenti Donald Tramp süni intellektlə bağlı yeni sərəncam imzalayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, sərəncamla ABŞ dövlət qurumlarında “süni intellekt” əvəzinə “super intellekt” ifadəsindən istifadə ediləcək.
Yeni qayda federal qurumların rəsmi yazışmalarına da şamil olunacaq. Dövlət qurumlarına əvvəlki ifadədən istifadə etməmək tapşırılıb. Sənəddə yeni anlayış üçün rəsmi tərif hazırlanması da nəzərdə tutulur. Ağ Ev bu dəyişikliklə texnologiyanın sürətli inkişafının vurğulandığını bildirib.
//Nəzər.Media
