Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Sani İsrail Baş naziri Benyamin Netanyahunu müharibə cinayətkarı adlandırıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Al Sani Qəzzada baş verənlərə görə Netanyahunun məsuliyyət daşıdığını bildirib.
Al Sani İsrailin Dohaya hücumunu da pisləyib. O, vasitəçilərə hücumun təhlükəli nəticələr yarada biləcəyini deyib. Qətər Baş naziri ölkəsinin diplomatik səyləri davam etdirəcəyini bildirib. O, bölgədə gərginliyin azaldılması üçün danışıqların vacibliyini vurğulayıb.
//Nəzər.Media
