Yunanıstan sualtı elektrik kabeli layihəsini yenidən gündəmə gətirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Afina layihə ilə bağlı Ankara ilə koordinasiya məsələsini gözləyir.
Layihə Yunanıstanı Kipr və İsraillə elektrik xətti vasitəsilə birləşdirməyi nəzərdə tutur. Türkiyə isə özünün dəniz səlahiyyətləri olan ərazilərdə işlərin əvvəlcədən əlaqələndirilməsini tələb edir. Atina və Paris bu məsələyə uyğun yeni yanaşma üzərində işləyir.
//Nəzər.Media
