Madriddə 87 yaşlı Mari Karmen 70 il yaşadığı evdən çıxarılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, məhkəmə qərarı ilə evdən çıxarılan qadın İspaniyada mənzil böhranının simvoluna çevrilib.
Qadının yaşadığı evə görə kirayə haqqının 250 faizə qədər artırılması tələb olunub. O, bu məbləği ödəyə bilmədiyi üçün məhkəmə qərarı ilə evdən çıxarılıb. Hadisə Madriddə geniş etirazlara səbəb olub. Etirazçılar kirayəçilərin daha yaxşı qorunmasını tələb ediblər.
//Nəzər.Media
