NATO Şimal dənizində mümkün hücumlara qarşı hazırlığını sınaqdan keçirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, “Strike Warrior” təlimində 1300-ə yaxın hərbçi iştirak edib.
Təlimdə hava və raket hücumları üzrə ssenarilər yoxlanılıb. Dənizaltı və gəmi hücumlarına qarşı tədbirlər də sınaqdan keçirilib. Yanacaq daşıyan gəmilərin müdafiəsinə xüsusi diqqət yetirilib. Təlimin NATO ilə Rusiya arasındakı gərginlik fonunda keçirilməsi diqqət çəkib.
//Nəzər.Media
