• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib

30 Sentyabr, 26 / 23:42
A A
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib

Azərbaycan Su İdmanı Federasiyasının təşkilatçılığı ilə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe marafonu üzrə təqdimat mərasimi təşkil olunub. Nəzər.Media xəbər verir ki, tədbirdə Federasiyanın məşqçi və hakimləri, eləcə də “Mingəçevir reqatası 2026” beynəlxalq yarışında təmsil olunan ölkələrin komandaların məşqçiləri iştirak edib.

Federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev və Kanoe Marafonu Komitəsinin sədri Ruud Heijselaarın iştirak etdiyi tədbirdə kayak və kanoe marafonu idman növləri haqqında hazırlanmış videoçarxı izlənilib. Daha sonra bu idman növü barədə geniş təqdimat monitorda nümayiş olunub.

Təqdimat zamanı bildirilib ki, kanoe və kayak marafon növündə sprintdən fərqli olaraq yürüşlər daha uzun məsafəyə keçirilir və burada daha çox dözümlülük tələb olunur.  Həmçinin yarışın gedişində marşrutlarda maneələr, dönmələr və portajlar (qayığın sudan çıxarılaraq müəyyən məsafədə daşınması və təkrar suya salınması) ola bilər.

Marafon yarışları böyüklər üçün çox vaxt təxminən 2 saat davam edir. Buna görə yarış öncəsi hazırlıq məşqləri zamanı idmançıların dözümlülük və texniki hazırlığı yoxlanılır. Portajları simulyasiya etmək üçün quruda qayıqdan düşmə, qayığın daşınması və minimum vaxt itkisi ilə yenidən qayığa minmə keçidləri məşq edilir. Həmçinin şamandıra ətrafında dönmə texnikası, drafting (digər qayıqdan aerodinamik/su müqaviməti baxımından faydalanaraq onun arxasında hərəkət etmə) və qrup daxilində səmərəli naviqasiya məşqləri həyata keçirilir.

Tədbirin sonunda bildirilib ki, kanoe və kayak marafon idman növünün Azərbaycanda inkişafı etdirilməsi və qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə gələcəkdə də tədbirlər keçiriləcək.

//Nəzər.Media

Previous Post

Azərbaycan idmançıları “Mingəçevir Reqatası-2026″nın ikinci gününü 7 medalla başa vurublar

Next Post

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.