• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Azərbaycan idmançıları “Mingəçevir Reqatası-2026″nın ikinci gününü 7 medalla başa vurublar

30 Sentyabr, 26 / 23:34
A A
Azərbaycan idmançıları “Mingəçevir Reqatası-2026″nın ikinci gününü 7 medalla başa vurublar

Azərbaycan idmançıları “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci gününü 7 medalla başa vurublar.

Nəzəe.Media saytının Mingəçevirə ezam olunan müxbirinin məlumatına görə, akademik avarçəkmədə 1500 metr məsafəyə yarışda Azər İlyasov (2008-2009) birinci olub.

500 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov cütlüyü (1:54.51) də 1-ci yeri tutub. Nuran Rəhimli – Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə qərarlaşıb.

Elmir Tarverdiyev – Mustafa Vəlizadə (2010-2011) cütlüyü isə 1000 metr məsafəyə 2 nəfərlik kayak yarışında gümüş medal əldə edib. 1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) Hüseyn Səmədli (4:43.54) bürünc medal qazanıb.

Akademik avarçəkmə üzrə 1500 metr məsafəyə 2 nəfərlik qayıqda isə Məhəmməd Həsənov – İlyas İbrahimov cütlüyü üçüncü yeri tutub. Bu növdə 1000 metr məsafəyə 1 nəfərlik qayıqda isə Əlimurad Hacızadə (2008-2009) çempion olub.

Xatırladaq ki, ötən gün Füzulidəki Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanıblar. 200 metr məsafəyə 1 nəfərlik kayak və kanoe yarışlarında Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutublar.

Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.

//Nəzərbəy Hacıağayev, Nəzər.Media

Previous Post

Bu hal erkən evlilik sayılacaq

Next Post

Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.