Fatimə Zəhra əl-Mənsuri Mərakeşin ilk qadın hökumət başçısı olub. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Kral VI Məhəmməd Mənsuriyə yeni hökuməti qurmağı tapşırıb.
Mənsurinin rəhbərlik etdiyi partiya parlament seçkisində ən çox mandatı qazanıb. O, yeni hökuməti qurmaq üçün digər partiyalarla danışıqlar aparacaq. Mənsuri daha əvvəl Mərakeş şəhərinin meri və şəhərsalma naziri vəzifələrində çalışıb.
//Nəzər.Media
